Yunanıstanda Strep-A bakteriyasının sürətlə yayılması səbəbindən 9 məktəbin müvəqqəti bağlandığı bildirilib.
Demokrat.az xəbər verir ki, qırmızı qızdırma kimi tanınan bakteriyalar adətən uşaqlara təsir göstərir.
Yunan mətbuatında çıxan xəbərlərə görə, ilk yoluxma epidemiyanın başlanğıc nöqtəsi olaraq göstərilən Saloniki şəhərində bir məktəbdə aşkarlanıb. İnfeksiyaya səbəb olan bakteriyaların sürətlə yayılması ilə əlaqədar bölgədə 3 ibtidai məktəb və 2 uşaq bağçasında təhsil dayandırılıb.
Scarlet Fever kimi də tanınan Strep-A bakteriyası əsasən 5-15 yaş arası uşaqlara təsir edir və yüksək hərarət, boğaz ağrısı ilə müşayiət olunan parlaq qırmızı səpgilərə səbəb olur.
Əfsanə Kamal
Demokrat.az