"Son zəng" tədbirlərində məktəblilərin geyim forması məsələsi cəmiyyətin və təhsil ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilib. Bəzi valideynlər son zəng üçün hətta borc alırlar.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, "Son Zəng" tədbirlərinin təşkili zamanı şagirdlərin vahid məktəbli geyim formasında iştirak etmələri məqsədəuyğundur:
“Tədbir nə qədər bayram xarakterli olsa da, bu gün ilk növbədə təhsil prosesinin tərkib hissəsidir. Təhsillə bağlı keçirilən rəsmi tədbirlərin də eyni ciddiyyətlə keçirilməsi vacibdir. Şagirdlər "Son zəng" tədbiri çərçivəsində məktəbdə keçirdikləri zaman ərzində bu, 2-3 saatlıq bir müddət ola bilər,məktəbli formasında olmalıdırlar. Əgər tədbirdən sonra məktəbdənkənar hər hansı qeyri-rəsmi qeyd etmələr planlaşdırılırsa, həmin zaman şagirdlər öz istəklərinə uyğun şəkildə geyinə bilərlər. Ancaq məktəbdə keçirilən mərasimdə ciddi geyim qaydalarına riayət olunması vacibdir. Təəssüf ki, bəzi hallarda valideynlər əlavə geyim dəstləri almağa məcbur qalır, bu isə əlavə maliyyə yükünə səbəb olur”.
Ekspert əlavə edib ki, bu məsələdə daha rasional yanaşma sərgiləmək və şagirdləri artıq xərcə salmamaq məqsədəuyğundur:
“Məktəbli formasına üzərində “məzun” yazısı olan sadə lent və ya aksesuar əlavə etmək kifayətdir. Təmtəraqlı, gəlinlik və ya digər qeyri-adi geyimlərə ehtiyac yoxdur. Unutmaq olmaz ki, məzun siniflər nümunəvi davranışları ilə özlərindən sonra gələn şagirdlərə örnək olmalıdırlar. Tədbirin öz mahiyyətinə uyğun keçirilməsi, həm şagirdlərin, həm də məktəbin nüfuzu baxımından vacibdir”.
Leyla Turan
Demokrat.az