Mart ayında aidiyyəti qurumlar və ekspertlər yerli kartofun bazara çıxması ilə qiymətlərin aşağı düşəcəyini vəd etsələr də, gözlənilən ucuzlaşma hələ də baş verməyib. Alıcılar bahalıqdan, satıcılar isə artan xərclərdən gileylənirlər. Hazırda kartofun qiyməti bazarda 1,3-1,6 manata təklif olunur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı-ekspert Razi Abasbəyli bildirib ki, böyük ehtimalla yaxın aylarda kartofun qiymətində nəzərəçarpacaq dərəcədə ucuzlaşma baş verməyəcək:
“Hazırda ölkə ərazisində ilkin tədarük dövrü olmasına baxmayaraq, əlverişsiz hava şəraiti məhsuldarlığa mənfi təsir göstərib. Bununla yanaşı, saxlanma və logistika xərclərinin artması, eləcə də daxili bazarda tələbin yerli tədarük tərəfindən tam qarşılanmaması qiymətlərin sabit qalmasına səbəb olub. 2025-ci il üçün rəsmi məlumatlara əsasən, Azərbaycanda kartof əkilən sahələrin həcmi 75 min hektardan 55 min hektara qədər azalıb ki, bu da ümumi tədarük göstəricilərinə ciddi təsir edib. Bundan əlavə, dizel yanacağının qiymətində 25 %-lik artım, eləcə də Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk iki ayında kartofun idxalına tətbiq olunan gömrük rüsumlarının 11% artması idxalın da baha başa gəlməsinə səbəb olub. Nəticə etibarilə həm idxalın bahalaşması, həm də yerli istehsalda yaranmış çətinliklər kartofun pərakəndə satış qiymətlərində əhəmiyyətli azalma olmasına imkan vermir. İyun aylarında yerli məhsulun bazara çıxması gözlənilsə də, bunun qiymətlərin ciddi şəkildə ucuzlaşmasına səbəb olacağı ehtimal olunmur”.
Leyla Turan
Demokrat.az