ABŞ bu ölkədən də çıxır?

DÜNYA 23 may 2025, 20:15
Cənubi Koreyanın Müdafiə Nazirliyi ABŞ hərbçilərinin ölkədən çıxarılması ilə bağlı danışıqların olmadığını bildirib.

Demokrat.az
xəbər verir ki, bu bəyanat “Wall Street Journal” qəzetində Vaşinqton administrasiyasının Cənubi Koreyadan təqribən 4500 amerikalı hərbçini çıxarmağı nəzərdən keçirdiyi barədə xəbərə cavab olaraq verilib.

Amerika hərbi rəsmilərinə istinadən bildirilir ki, bəzi qüvvələrin Quam da daxil olmaqla Hind-Sakit okean bölgəsindəki digər bazalara köçürülməsi gündəmdədir.

Hazırda Cənubi Koreyada 28500 amerikalı əsgər xidmət edir. Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyaya qarşı güclü müdafiə mövqeyini saxlamaq üçün ABŞ ilə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top