Vətəndaşlar öncədən tədarük görür: Bayramda ətin qiymətində artım gözlənilir?

GÜNDƏM 20 may 2025, 16:31
"Qurban bayramı İslam aləmində ən qədim bayramlardan biridir. Bayram 2 gün davam etdiyi üçün həmin günlərdə qurbanlıq heyvanlara tələbat artır. 1992-ci ilin yanvar ayından ölkəmizdə qiymətlər tələb və təklifin qarşılıqlı təsiri ilə formalaşır. Bayram günlərdə qurbanlıq heyvanlara tələbat artığı üçün qiymətlərdə bu və ya digər formada artım müşahidə edilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. 

"Bu qiymət artımı əhalinin parametrlərə uyğun olan nə qədər sayda heyvanı bazara çıxarmasından asılıdır. Bazar iqtisadiyyatından öncə konkret qiymətlər var idi. İndi insanlar tədarüklərini əvvəldən görürlər. Əvvəlki illlərə nisbətən bu il qurbanlıq heyvanların qiymətində diqqət çəkən yüksəliş olmayacaq. Bu da Azərbaycan əhalisinin qiymətlərdən kifayət qədər xəbərdar olmasından asılıdır. Hətta hazırda qiymətlərlə bayram ərəfəsində olacaq qiymətlər arasında nəzərəçarpan dəyişiklik gözlənilmir. Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, ölkəmizdə mal-qara tələbatı ödəyəcək qədərdir".

O bildirib ki, qurbanlıq heyvan sağlam, diqqətçəkən olmalıdır:

"Vətəndaşlar heyvanların tükünün quruluşu, fiziki vəziyyəti, gözlərinin ifadəsinə diqqət etməlidirlər. Heyvanın köklüyünə və ətinin keyfiyyətinə baxmaq üçün əl ilə qabırğa hissənin ətli olub-olmamasına baxmaq lazımdır. Qabırğalar hiss edilməməlidir. Kök heyvanlar həm də dini ritualın tələb etdiyi qaydadır ki, onlar daha sağlam olurlar. Bu parametrlərə hər bir alıcı diqqət etməlidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top