"Kütləvi tədbirlərdə bu tip ("Georgi" lenti, Qırmızı bayraq) simvollardan istifadə edilməsi yolverilməzdir. Bu qərar həm 9 May bayramına, həm də digərlərinə aiddir. "Georgi lenti" və ya Qırmızı bayraq bir neçə mənanı özündə ifadə edən simvollardır. Lentin tarixi Çar Rusiyası dövrünə təsadüf edir və Rusiya İmperiyasının bir çox ölkələrdə həyata keçirdiyi siyasəti özündə ehtiva edir. SSRİ dövründə isə Çar Rusiyasına aid olan bu simvoldan istifadə edilmirdi. SSRİ dağıldıqdan çox sonra keçmiş postSovet ölkələrində 9 May bayramında "Georgi lenti"nin istifadəsi meyilləri yaranmağa başladı. Simvol 2008-dən sonra Gürcüstanda, 2014-dən etibarən Ukraynada qadağan edildi. Çünki simvol Rusiya İmperiyasını təmsil edirdi".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputat bildirib ki, İmişlidə baş verən hadisədə isə simvoldan istifadəyə icazə verən şəxslərin siyasi savadsızlığından söhbət gedə bilər:
"Hansısa simvolun mənasını bilməyən adam onun istifadəsinə şərait yaratmamalıdır. Qırmızı bayraq sosialist və kommunist ideologiyasının əsas simvollarından biri idi. Bu gün hansısa kütləvi tədbirdə siyasi çağırışları özündə ehtiva edən simvoldan istifadə olunursa, bu, yolverilməz haldır. Beynəlxalq tədbirlərdə bəzən açıq mətn şəklində, bəzən isə müxtəlif simvollarla mesajlar verilir. Simvollar diplomatiyanın dili hesab olunur. İmişlidəki hadisədə əsl niyyətin nədən ibarət olduğu araşdırılmalıdır. Xalqımızın və dövlətimizin 9 May bayramına qarşı münasibəti bəllidir".
Onun sözlərinə görə, Azərbaycanda elə bir ailə yoxdur ki, ailədən kimsə İkinci Dünya Müharibəsindən zərər çəkməmiş olsun:
"Müharibədə həlak olanların ruhu hər zaman hörmətlə anılır. Bu qələbədə Azərbaycanın böyük payı olduğunu bütün dünya qəbul edir. İmişlidəki hadisələr fonunda kimsə Çar Rusiyası və ya SSRİ-nin hansına simvolunu istifadə edirsə, bayraq qaldırırsa, bunlar yolverilməzdir. Hər biri siyasi savadsızlıqdan irəli gəlir. Bəlkə də hadisə altında hansısa təxribat yatır. Bütün bunları aidiyyatı orqanlar araşdırıb, lazımlı dəyəri verəcəklər. İctimai şəxs olaraq fikrimcə bu tip simvolların istifadəsi qəti şəkildə yolverilməzdir. İstənilən yerdə hər zaman ayıq-sayıq olaq ki, kimlərsə bu tip simvollardan istifadə edərək təxribat yarada bilməsinlər".
Qeyd edək ki, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.
Əfsanə Kamal
Demokrat.az