"Kütləvi informasiya vasitələrində deyildiyi kimi yağıntıllar illik və aylıq normadan çox olub. Yağıntıların çox olmasının heyvandarlığa heç bir zərəri yoxdur. Əksinə örüş-otlaq sahələri, suvarılmayan ərazilərdə yem bazası artır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib.
O bildirib ki, leysan yağışların heyvandarlığa nəzərə çarpacaq dərəcədə zərəri olmayacaq:
"Bostan bitkilərinin əmələ gəlməsi üçün isə biraz gecikmə ola bilər. Bakıda güclü leysan yağışlar olsa da, regionlarda bu, normal təbiət hadisəsi hesab olunur. Texniki bitki olan pambığın da normal əkin dövrüdür, hər şey qaydasındadır.
Son 2-3 ilə nisbətən meyvə məhsulları da boldur. Bütün bunları proqmatik olaraq müşahidə edirəm. Ot biçin zamanıdır və insanlar üçün biraz əziyyətli prosesdir ki, yağış yağdığı zaman çürüməməsi üçün otu biçmək məcburiyyətində qalırlar. Burada diqqət çəkən fövqaladə çətinlik yoxdur. Konkret olaraq hər hansı qiymət qalxımı gözlənilmir".
Qeyd edək ki, bəzi mütəxəssislər yağıntıların çox olmasının heyvandarlığa birbaşa təsir edəcəyini bildiriblər.
Əfsanə Kamal
Demokrat.az