İDDİA: Koronavirus Çində yox, ABŞ-də meydana çıxıb

DÜNYA 01 may 2025, 17:59
Çin Dövlət Şurasının İnformasiya Bürosu, SARS-CoV-2 koronavirusunun Çində ortaya çıxmazdan əvvəl ABŞ -da yarana biləcəyini iddia edən ağ kağız yayımlayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Sənəddə deyilir ki, əsaslı sübutlar göstərir ki, COVID-19 ABŞ-da rəsmi olaraq bildiriləndən daha tez ortaya çıxmış bilər.

Sənəddə ilk yoluxma halının rəsmi olaraq 2020-ci il martın 1-də aşkarlandığı Florida ştatına xüsusi diqqət yetirilir. Bununla belə, açıq mənbələrdən alınan məlumata görə, koronavirus bu ştatda yanvar ayından yayılmağa başlayıb.

Qeyd olunur ki, Amerika tərəfi bu məlumatı silib və məlumatların işlənməsinə cavabdeh olan işçilər işdən çıxarılıb.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top