"Hal-hazırda dəbdə olan ekoloji təmiz nəqliyyat vasitələrinin gövdə təhlükəsizliyi istehsal olunduqları zavodlarda xüsusi standartlar əsasında aparılır. Həmin avtomobillər ölkə daxilində və xaricində satış üçün xüsusi testlərdən keçirilir. Hər bir ölkənin də təhlükəsizlik baxımında öz standartları var. İdxal olunan avtomobillər bu testlərə tabe tutulur. Bu testlərə görə avtomobillərə xüsusi sertifikatlar verilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyib.
"Elektrik avtomobilləri ekoloji faydalı olsa da, düzgün davranılmadığı halda təhlükə mənbəyinə çevrilirlər. Həmin avtomobillərin alışıb-yanma ehtimalı və.s olur. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq hər zaman qeyd edirik ki, avtomobillər rəsmi dillerlərdən alınmalıdır. Rəsmi dilerlər xüsusilə elektik və hibrid avtomobillər üçün alıcıya təlimatlar verir.
Bu təlimatlara mütləq şəkildə riayət etmək lazımdır. Ümumi olaraq ənənəvi yanma mühərrikli avtomobillərdən daha çox elektrik və hibrid avtomobillərinin təhlükəli tərəfləri var. Batareya məsələsi onlar içərisində ən əsas problemdir. Avtomobil rəsmi istehsalçıdan alındığı zaman batereya haqqında təlimatlar verilir, yanma, alışma ehtimalı daha da azalır".
Əfsanə Kamal
Demokrat.az