Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər

İDMAN 26 aprel 2025, 10:03
Azərbaycan Premyer Liqasında XXXII turun bu gün daha bir oyunu keçiriləcək.

Demokrat.az xəbər verir ki, ev oyunlarını Tovuzda keçirən “Kəpəz” paytaxtın “Zirə” klubunu qəbul edəcək.

Qonaqlar qələbə qazana bilməsələr, “Qarabağ”ın çempionluğu bu gün rəsmiləşəcək. “Zirə” klubu isə ən azı Kofrans Liqasına vəsiqəni “Kəpəz”lə oyunda həll edə bilər. Bunun üçün Rəşad Sadıqovun komandasına 1 xal yetərlidir.

Hazırda “Zirə” 61 xalla 2-ci, “Kəpəz” 28 xalla 9-cu yerdədir.

Turun açılış oyununda dünən “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edib. Digər qarşılaşmalar aprelin 27-28-də baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXXII tur

26 aprel (şənbə)

19:00 “Kəpəz” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Namiq Əliyev

Tovuz şəhər stadionu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 aprel 2025, 16:53
Top