Bakıda sürücülər arasında yol üstündə dava — Ölən var

HADİSƏ 25 aprel 2025, 14:48
Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.

Demokrat.az
bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksimin taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.

Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top