Digah qəsəbəsi Abşeron rayonunun ən qədim qəsəbələrindən biri olmaqla, geoloji olaraq çökək ərazidə yerləşən, üstəlik mərkəzləşdirilmiş sukanal sistemi və kanalizasiyə şəbəkəsi olmayan qəsəbələrdəndir. Ərazinin relyefini və intensiv yağıntıları nəzərə alsaq, bu səbəbdəndir ki, ilin yağmurlu dövrlərində Mehdiabad qəsəbəsindən (qəbiristanlıq istiqamətindən) yağış və qrunt suları axaraq Digah qəsəbəsinin şimal tərəfdən Bakıxanov və Xəqani küçələrinə (yaxınlıqda yerləşən “Şor” gölünə) və cənub tərəfdən Xətai küçəsinə istiqamətlənir. Nəticədə göldəki suyun səviyyəsi artır və yağış və qrunt suları ətrafdakı ərazilərə toplanır.
Demokrat.az xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir.
RİH bildirib ki, yağış və qrunt sularının ərazidə yaratdığı problemləri aradan qaldırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti, qəsəbə bələdiyəsi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və digər aiddiyyəti qurumların nümayəndələri ilə birlikdə, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməkdədir:
"Son 6 ayda göldəki su səviyyəsinin kəskin artması müvafiq tədbirlərin görülməsini zəruri edib. Gölün yatağının genişləndirilməsi işləri çərçivəsində qazıntı işləri aparılaraq suyun səviyyəsinin kritik həddə çatmasının qarşısı alınıb. Hazırda 5.000 kub həcmində genişləndirmə işləri xüsusi ağır texnika ilə davam etdirilir. Sözügedən işlərə paralel olaraq, “Şor” gölü” ətrafında Xəqani küçəsi tərəfdən ümumi uzunluğu 100 metr, hündürlüyü 2 metr olmaqla, Bakıxanov küçəsi tərəfdən isə ümumi uzunluğu 500 metr, hündürlüyü 2 metr olmaqla bəndlər salınıb.
Həyata keçirilən qabaqlayıcı tədbirlər təkcə göl ətrafı ərazilərə bəndlərin vurulması ilə yekunlaşmayıb, o cümlədən son dövrlərdə aramsız yağan yağışlar nəticəsində ziyan görmüş qəsəbədaxili küçələrin bərpası, hərəkətin təmin edilməsi istiqamətində də təxirəsalınmaz işlər icra olunub. Belə ki, qəsəbənin Bakıxanov və Xətai küçələrinə 100 maşın olmaqla kərpic qırıntısı, 200 maşın torpaq-karbonat tökülərək yayılmış, yollar qismən bərpa edilib.
Digah qəsəbəsinin mövcud su-kanalizasiya problemlərinin həlli istiqamətində hər iki qurumun (Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) rəhbər şəxslərinin ərazidə dəfələrdə görüşü keçirilib, problemin həlli istiqamətində müzakirələr aparılıb. Sonuncu dəfə - 22 aprel 2025-ci il tarixində keçirilmiş baxış zamanı “Şor” gölünün suyunun 1,1 km uzaqlıqda yerləşən Mehdiabad kollektoruna vurulmaqla səviyyəsinin nizamlanması variantı irəli sürülüb və müvafiq texniki dəqiqləşmələrin aparılması və işin icrası yönündə tapşırıq verilib.
Son günlərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 böyük xüsusi lilsorucu texnikası və Digah bələdiyyəsinin nasosları vasitəsilə qəsəbənin Xətai küçəsində fərdi yaşayış evlərinin həyətlərinə, dalanlara, zirzəmilərə, əhalinin gediş-gəlişinə maneə olacaq yerlərə dolmuş suyun kənarlaşdırılması işləri aparılıb və hazırda da sözügedən küçədə davam etdirilir. Həmçinin intensiv yağıntılar zamanı tullantı su şəbəkəsi mövcud olmayan yağış sularının ətrafa toplandığı və ya göl yaxınlığında salınan yaşayış məntəqələrinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sukanal idarələrinin əməkdaşları cəlb edilir, suyun çəkilməsi istiqamətinə işlər müntəzəm icra edilir.
Əlavə olaraq diqqətə çatdıraq ki, 2024-cü ilin noyabr ayında ADSEA və RİH tərəfindən Xətai küçəsinə baxış keçirilib, drenaj və kollektor şəbəkəsinin qurulması ilə bağlı layihələndirmə işlərinə başlanılıb.
Qeyd edək ki, Digah qəsəbəsindən əlavə, Abşeron royonunun ən böyük şəhəri olan Xırdalanda, o cümlədən digər yaşayış massivlərində yağış sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində davamlı və təxirəsalınmaz önləyici tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilməkdədir".