"Hüquq və İnsan Haqları İnstitutu ilə Medianın İnkişafı Agentliyinin əməkdaşlığı nəticəsində hər hansı cinayət xəbəri ilə bağlı jurnalist yazılarında əvvəllər olduğu kimi hüquqi səhvlərə yol verilmir. Bütün bunlar jurnalistin peşəkarlığının artırılmasına yönəlmiş mühüm məsələdir. Konstitusiyadan irəli gələn, insan hüquqlar məsələləri mühüm dəyərlərdir. Jurnalistlər bu məsələlərlə bağlı gündəlik olaraq cəmiyyəti məlumatlandırırlar. Jurnalistin hüquqi savadının olması cəmiyyətin media savadlılığının artmasına öz töhfəsini verir, daha savadlı materiallar hazırlanır. Bu, "Konstitusiya suverenlik ili" çərçivəsində Medianın İnkişafı Agentliyinin ilk tədbiridir".
Demokrat.az xəbər verirnki, bu sözləri açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
Natiq Məmmədli bildirib ki, Azərbaycan bu il Konstitusiyasının 30 yaşı tamam olur:
"Konstitusiyamız çox çətinliklərdən keçib, indi özünün ən şərəfli dövrünü yaşayır. Konstitusiyamız özünün ən yüksək zirvəsinə çatıb, ərazi suverenliyimiz bərpa olunub. Biz bu gün hətta siyasi bir prosesin başa çatması ilə bağlı fikir mübadiləsi edirik. Azərbaycan Konstitusiyası artıq bütün Azərbaycan ərazisində özü gücünə sahibdir. Bu, bir tarixi siyasi prosesin başa çatması, növbəti mərhələnin başlamasıdır. Konstitusiya maarifləndirilməsi prosesi davamlı şəkildə getməlidir".
Onun sözlərinə görə, insan hüquqları Azərbaycana qarşı spekulyasiya alətinə çevrilib:
"Haradan sifariş aldığı bilinməyən qeyri-ciddi media orqanları insan hüquqları adından istifadə edir. Jurnalistlər bu istiqamətdə peşəkar olmalıdır ki, insan hüquqlarının hansı hallarda pozulduğunu və ya qarayaxma olduğunu ayırd edə bilsin. İnsan hüquqları dünyada ən çox manipulyasiya edilən mövzulardan biridir. Bu baxımdan medianın üzərinə böyük iş düşür".
Qeyd edək ki, bu gün “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası keçirilir.
Əfsanə Kamal
Demokrat.az