Masallı rayonunda 1964-cü il təvəllüdlü Mahmud ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Saraya (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 31 dekabr 2024-cü ildə Masallı rayonunun kəndində baş verib.
Kənd sakini Mahmud həmin gün saat 16 radələrində yaşadığı fərdi yaşayış evində arvadı Sara ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı bıçaqla onu vurub.
Hadisəni törədən Mahmudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, yeni il günü mağazadan ərzaq məhsulunu gec alıb gətirdiyi üçün arvadı Sara axşam yeməyini vaxtında hazırlaya bilməyəcəyini bildirib:
“Buna görə də aramızda mübahisə baş verdi. Həmin vaxt Sara quyudan su çəkməyimi istədi. Lakin ac olduğum üçün çörək yedikdən sonra su gətirəcəyimi dedim. Sara ünvanıma nalayiq ifadələr işlətdiyim üçün əsəbiləşərək mətbəx bıçağını götürdüm və Saranın sağ əlindən bir dəfə vurdum. Sonra gedərək quyudan su çəkərək onun əl-üzünü yudum”.
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Mahmudun barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az