Yağış yağanda yollar daha təhlükəli vəziyyətdə olur — Ekspert

SOSİAL 22 aprel 2025, 10:19
Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. 

Mütəxəssislər bunun Bakıda tıxacın daha çox artmasına şərait yaradacağını düşünür.

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, şəhər infrastrukturunda yeraltı suların, yağışların, qarların ərazidən uzaqlaşdırılması əsas məsələlərdən biri olmalıdır:



“Nəqliyyat vasitələrini idarə edən şəxslərin hərəkətinin təşkili üçün şəhər infrastrukturu açıq olmalıdır. Xüsusilə, Bakı şəhəri yaz-payız  mövsümündə son vaxtlar dünya iqlim dəyişmələri ilə bağlı bir narahatlıq yaşayır. Bu yaşamanın səbəbindən biri də ölkə ərazisində mütəmadi olaraq yolların, küçələrin, bəzi ərazilərin yağışdan əziyyət çəkməsini müşahidə edirik. 

Bunun da birinci səbəbi ondan ibarətdir ki, mövcud sistemlərə yüklənmələr çox olur. Yeni yaşayış evləri, yaşayış binaları kanalizasiyaların yüklənməsinə gətirib çıxarır. Bu da öz növbəsində mövcud yağıntı yağdıqda ərazini daha təhlükəli vəziyyətə gətirir. Burada həmin ərazinin yerləşəcək körpü, tunellərin ətrafında  ambarların inşası vacibdir. Bu da infrastrukturun yenilənməsini özündə ehtiva edir, tələb edir”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
Top