BKS-dən 3 nəfər Yer kürəsinə qayıdıb

DÜNYA 20 aprel 2025, 09:10
Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən üç kosmonavt Yerə qayıdıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.

Bildirilib ki, göyərtəsində rusiyalı kosmonavtlar – Aleksey Ovçinin, İvan Vaqner, habelə NASA-nın astronavtı Donald Petitin olduğu “Soyuz MS-26” kosmik gəmisi Qazaxıstana uğurlu eniş edib. Yerin orbitinə daxil olma və eniş normal olduğu qeyd olunub.

Ekipaj üzvləri kosmik stansiyada ötən ilin sentyabrın 11-dən çalışırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top