Dünən Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub. Hadisənin videogörüntüləri sosial şəbəkədə yayılıb. Belə ki, şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qaldığından, P. Həyatullayev ekskavator vasitəsiləonları xilas etməyə çalışıb. O, ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onlara yardım etmək istəyib.
Bu zaman çalova su dolduğundan müvazinət pozulub və ekskvator çaya aşıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər.
Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qeyd edək ki, 42 yaşlı Pərviz Həyatullayev 4 uşaq atası idi.
Aldığımız məlumata görə, ölən və yaralananlar "Evrascon" şirkətinin işçiləri olublar.
Hadisənin üzərindən 1 sutka keçsə də şirkətin heç bir açıqlama yaymaması diqqətçəkəndir. Hadisənin iş prosesində baş verdiyini nəzərə alsaq, işçilər üçün təhlükəsizlik tədbirlərinin görülmədiyi, çətin hava şəraitində işin nə üçün dayandırılmadığı suallar doğurur.
Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətdən "Sitat.info"-ya qısa olaraq onu bildirdilər ki, Pərviz Həyatullayev həqiqətən bu şirkətin əməkdaşıdır və mərhumun ailəsinə lazımi dəstək göstəriləcək.
Şirkət rəsmiləri ətraflı məlumat üçün rəsmi qaydada sorğu göndərməyimizi istədilər və bu səbəbdən ətraflı məlumat ala bilmədik.
Qeyd edək ki, 2013-cü ildə etibarən “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" adı ilə fəaliyyət göstərən ASC 2013-cü ilə kimi "Azərkörpü" adı ilə fəaliyyət göstərib. "Azərkörpü" ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib.