Bu il Azərbaycanın daha 5 rayonunda donuzların kökü kəsilib — SİYAHI

İQTİSADİYYAT 16 aprel 2025, 20:00
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 min 408 baş donuz mövcud olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə donuzlar 31,4% və ya 1 557 baş azalıb.

Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı Naxçıvan şəhəri ilə, Şərur, Abşeron, Kürdəmir və Biləsuvar rayonlarında 100% azalıb.
Şəhər və rayonların əksəriyyətində donuzların sayı azalıb. Artım isə ancaq Kəlbəcər, Oğuz və İsmayıllı rayonlarında qeydə alınıb.

Məlumat üçün onu da bildirək ki, son 21 il ərzində Azərbaycanda donuzların sayı 7 dəfəyə yaxın azalıb. 21 il əvvəl – 2004-cü ildə ölkədə 22 min 932 baş donuz olub.

Son 2 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top