ABŞ xaricdəki 30-a yaxın səfirliyini bağlayacaq

DÜNYA 16 aprel 2025, 15:20
ABŞ Dövlət Departamenti xaricdəki 30-a yaxın diplomatik missiyanı bağlamağı nəzərdən keçirir. 

Demokrat.az
xəbər verir ki, bu barədə The New York Times (NYT) yazır.

Söhbət  Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya və digər ölkələrdən gedir.

Həmçinin Fransa, Almaniya, Yunanıstan, İtaliya, Cənubi Afrika və Böyük Britaniyada konsulluqların sayının azaldılması təklif edilir.

Nəşrin fikrincə, bu planlar reallaşarsa, ABŞ Avropa, Afrika və Şərqi Asiyadakı diplomatik nümayəndəliklərinin sayına görə birinci yeri Çinə verəcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top