Bu gün görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş akademik Zərifə Əliyevanın anım günüdür.
Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuşdur. O vaxtilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair bir çox tədqiqatların, elmi əsərlərin, ixtira və səmərələşdirici təkliflərin müəllifi olmuşdur.
Z.Əliyevanın həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında da böyük xidmətləri vardır.
Zərifə Əliyeva yüksək elmi nailiyyətlərinə görə Azərbaycan əməkdar elm xadimi və SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.
Zərifə Əliyeva görkəmli ictimai-siyasi xadim, Sovetlər dönəmində Dağıstan Muxtar Respublikasının birinci katibi olmuş, sonra isə Stalin və Bağırovun repressiya və təqiblərinə məruz qalmış Əziz Əliyevin qızı, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, hörmətli Prezidentimiz İlham Əliyevin anasıdır.
Zərifə xanımın əziz xatirəsi daim hörmətlə anılacaq, xalqımızın qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin.
ATXƏM İB-nin sədri
İlham İsmayılov