Aİ ABŞ-ın rüsumlarına qarşı cavab tədbirlərini dayandırır

DÜNYA 14 aprel 2025, 20:20
Avropa İttifaqı ABŞ -dan idxala qarşı cavab tədbirlərini üç ay müddətinə dayandırıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir. 

Sənəddə deyilir ki, Avropa İttifaqı ABŞ-ın əsassız ticarət tariflərinə qarşı əks tədbirlərini dayandırıb ki, Aİ ilə ABŞ arasında danışıqlara vaxt və məkan ayrılsın.

Qərar aprelin 14-də qüvvəyə minir və iyulun 14-dək qüvvədə qalacaq.

AK-nin qeyd etdiyi kimi, ümumilikdə, Avropa İttifaqının dayandırılmış əks tədbirləri ABŞ-ın 21 dəyərində ixracını əhatə edir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top