Britaniyanın özəl şirkətinə məxsus təyyarə Ermənistan və Azərbaycanın hava limanlarında növbə ilə texniki uçuşlar həyata keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.
Belə ki, martın sonunda "Beech King Air 350i" təyyarəsi Ermənistanın hava məkanında "Flightradar24" uçuş izləmə xidmətində İrəvan və Sisian ərazilərində dövrə vurarkən görünüb.
Sonralar təyyarə Tbilisiyə, oradan Gəncəyə və Qarabağa uçaraq uzun müddət havada dövrə vurub. Təyyarə Böyük Britaniyanın Bornmut şəhərində yerləşən özəl şirkət "Flight Precision"a məxsus olub.
Şirkətin vebsaytında bildirilir ki, o, Aerodata tam inteqrasiya edilmiş avtomatik uçuş yoxlama sistemi (AD-AFIS) ilə Beechcraft King Air 350i təyyarəsini idarə edir.
Şirkət özü bütün dünyada uçuş təhlükəsizliyinin yoxlanılması xidmətlərini təqdim edir. Onların Avropa, Afrika, MDB, Yaxın Şərq və Uzaq Şərqdə həm mülki, həm də hərbi sektorda çalışdıqları bildirilir. Ermənistanın Mülki Aviasiya Komitəsindən təyyarənin Sisian bölgəsində uçuşları ilə bağlı bildirilib ki, “Armaeronavigatsiya” QSC-nin sifarişi ilə İngiltərənin “Flight Precision Ltd” şirkəti mart ayında Sisian hava limanında bu yaxınlarda quraşdırılmış VOR/DME radionaviqasiya sistemini yoxlamaq üçün “Beechcraft Corporation” şirkətinin B300 təyyarəsində sınaq uçuşları həyata keçirib.
Yeri gəlmişkən, “Armaeronavigatsiya” QSC şirkətin saytında müştərilərin siyahısındadır. Qeyd edək ki, mülki uçuşlar üçün də yenidən işə salınması planlaşdırılsa da, hazırda Sisian hava limanı hərbi aerodrom kimi fəaliyyət göstərir.
Onu da qeyd edirik ki, Qarabağda təyyarə Laçın hava limanı ərazisində texniki uçuşlar həyata keçirib və bura enən ilk təyyarə olub.
Aprelin əvvəlində Azərbaycana uçan təyyarə Tbilisi vasitəsilə Ermənistana qayıdıb. O, Sisian və Qafan hava limanları ərazisində uçduqdan sonra Avropaya qayıdıb. ("Unikal")