Nərminə Həsənova: "MiniBoss Biznes Məktəbi artıq hədəflərinə çatıb"

BİZNES 12 aprel 2025, 14:01
"Bu biznes məktəbinin əsas məqsədi uşaqların kiçik yaşlardan biznes potensialını üzə çıxarmaq, liderlik və maliyyə savadlılığı kimi bacarıqlarını inkişaf etdirməkdir".

Demokrat.az
xəbər verir ki, bu sözləri bu gün keçirilən MiniBoss Biznes Məktəbinin Startap forumunda məktəbin təsisçisi Nərminə Həsənova bildirib. 

O jurnalistlərə açıqlamasında qeyd edib ki, bugün artıq MiniBoss Biznes Məktəbinin bu 5-ci hesabat təqdimatıdır:

"Bu gün bizim 5-ci hesabat tədbirimizdir. MiniBoss Biznes Məktəbi bu gün 5 illik fəaliyyət dövrünü qeyd edir. İlk ilin yekununda şagirdlərimizin sayı 26 nəfər təşkil edirdi. Bu gün isə bu rəqəm 134 nəfərə çatıb. Eləcə də layihələrin sayı 6 idi, bu gün isə 22 layihə təqdim olunacaq", - o vurğulayıb.

Nərminə Həsənova bildirib ki, MiniBoss Biznes Məktəbi artıq hədəflərinə çatıb: 

"Digər xoş nəticələr də var. Məsələn, uşaqlar sadə ingilis dilinin əvəzinə biznes ingilis dilindən istifadə edərək öz fikirlərini ifadə edə bilirlər. Onlar vaxt idarə edilməsini öyrəniblər. Hətta uşaqlar valideynlərinin xərclərinin mahiyyətini düzgün dəyələndirməyi də öyrəniblər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top