Ərdoğan: "Avropa Birliyi Türkiyəni tamhüquqlu üzv kimi qəbul etməlidir"

DÜNYA 11 aprel 2025, 18:26
Avropa Birliyi mövcud çətinlikləri aradan qaldırmaq istəyirsə, Türkiyəni tamhüquqlu üzv kimi öz sıralarına qəbul etməlidir. 

Demokrat.az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumunun (ADF2025) rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Avropa Birliyinə üzvlük prosesimizi irəli aparmaq üçün lazımi iradə nümayiş etdirək. Bu proses bəzən qorxu, bəzən qərəz, bəzən də Avropa İttifaqı daxilindəki bir sıra oyunçular üzündən istədiyimiz kimi inkişaf etmir". O qeyd edib ki, Ankaranın Aİ-yə daxil olmaq məqsədindən uzaqlaşması  ilə bağlı tənqidlər əsassızdır.

Türkiyə lideri vurğulayıb ki, Aİ problemlərinin öhdəsindən gəlmək və yeni dünya sistemində layiq olduğu təmsili qazanmaq istəyirsə, ən qısa zamanda Türkiyəyə Aİ-də yer verməlidir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 15:00
Top