Artıq bir çox ölkədə metroda pulsuz internetə qoşulmaq mümkündür. Moskva, Seul və Pekin kimi şəhərlərdə həm stansiyalarda, həm də qatarların içində "Wi-Fi" quraşdırılıb. Nyu-York, London və Toronto kimi şəhərlərdə isə əsasən stansiyalarda mövcuddur.
Bakı metrosunda "Wi-Fi" quraşdırılması məsələsi də bir neçə dəfə gündəmə gətirilib, lakin nəticəsiz qalıb. Hazırda metro stansiyalarında təmir-bərpa işləri gedir. Bəs metroya internet çəkilməsi planlaşdırılıb?
Demokrat.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, metropolitendə "Wi-Fi" şəbəkəsinin tətbiqi məsələsinə texniki, infrastruktur və digər amillər nəzərə alınmaqla aparılan dəyərləndirmələrin nəticələrinə uyğun şəkildə baxılacaqdır.