Neftin qiymətinin aşağı düşməsi Azərbaycan üçün hansı təhlükələri yaradır?

GÜNDƏM 11 aprel 2025, 14:57
Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib. Neft bazarında da çaxnaşma dərinləşib. Hazırda hər bareli 61 dollara təklif edilən Brent markalı neft son 3 ayda 31.0, son 1 həftədə isə 20.0 faiz dəyər itirib. Hazırda neftin qiyməti COVİD-19 pandemiyasından sonra ən aşağı səviyyədədir. 

Bununla bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan neftdən kəskin asılı olan ölkədir:

“Neftin qiymətinin düşməsi Azərbaycana ciddi mənfi təsir göstərir. Neftin qiymətinin hər 1 dollar aşağı düşməsi Azərbaycanın ticarət dövriyyəsində Neft Fonduna daxil olmalarda təqribən gündəlik 500 min dollar azalmasına səbəb olur. Yəni, hər 1 dollar neftin aşağı düşməsi 500  min dollar valyuta daxil olunmasının azalması deməkdir. Amma trendə də baxmaq lazımdır. Hələlik orta qiymət olduğu üçün Azərbaycan üçün vəziyyət təhlükəli deyil. Çünki ilin əvvəlində  neft çox baha idi. Bu üç ayı götürsək Azərbaycan neftinin ortalama qiyməti 75-76 dollar civarındadır. Yəni, hələlik problem deyil, amma bundan sonra problem ola bilər. Yəni, neft qiymətlərinin uzun müddət aşağı düşməsi və uzun müddət belə qalması Azərbaycanın tədiyyə balansına, valyuta ehtiyatlarına, büdcə parametrlərinə ciddi mənfi təsirləri olacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top