Almaniya miqrantlara qarşı siyasətini sərtləşdirir

DÜNYA 09 aprel 2025, 19:10
Almaniyanın miqrasiya siyasətində dəyişikliklərdən sonra Almaniya vətəndaşlığını beş il ölkədə yaşayandan sonra əldə etmək mümkün olacaq. 

Demokrat.az
xəbər verir ki, bunu Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) rəhbəri Fridrix Merz deyib.

O vurğulayıb ki, vətəndaşlıq əldə etmək ən azı beş il çəkəcək.

Mart ayında Merz CDU-nun Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə birlikdə miqrasiya siyasətini sərtləşdirməyə razılaşdığını bildirmişdi.

Siyasi partiya rəhbərinin sözlərinə görə, tərəfdaşlar qeyri-leqal miqrasiya ilə mübarizə üçün hüquqi sənədlərin sayını genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. 

CDU/CSU həmçinin Əfqanıstan da daxil olmaqla qaçqınların könüllü qəbulu proqramlarını məhdudlaşdırmaq və polisin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. 

Eyni zamanda bəzi miqrantlara ailələrini Almaniyaya gətirmək qadağan ediləcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top