“Kiyev müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmalara baxmayaraq, Rusiyanın enerji obyektlərinə zərbələr endirməkdə davam edir”.
Bu sözləriRusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ukrayna hakimiyyəti sülh səylərini pozmağa və danışıqlar aparmaqda aciz olduqlarını nümayiş etdirməyə çalışır:“Kiyev sülh sazişlərini pozmağa çalışır. Ukraynanın addımları həm bizi, həm də ABŞ-ni çaşdırır. Bu, istənilən sülh razılaşmalarını pozmağa açıq cəhddir.Ukrayna oxşar addımlar atmağa davam edərsə, Rusiya cavab vermək hüququndan istifadə edəcək”. (Qafqazinfo.az)

