“Neftçala” Region liqasında ilk qələbəsini qazandı — FOTOLAR

İDMAN 24 mart 2025, 22:09
2024/2025-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasının F qrupunda (Cənub zonası) növbəti oyun baş tutub.

Demokrat.az
xəbər verir ki, Neftçala rayonunda keçirilən qarşılaşmada “Neftçala” Futbol Klubu Masallının eyniadlı komandası ilə üz-üzə gəlib.

Oyun 2:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyundan etibarən “Neftçala” Futbol Klubu Region Liqasında “Makro2000” Şirkətlər Qrupunun baş sponsorluğu, “Yeni Çağ” Media Qrupunun media dəstəyi ilə çıxış edəcək.

Seçki dönəmində çətin günlər yaşayan Neftçala futboluna dəstək verəcəyinə söz verən millət vəkili Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə “Makro2000” Şirkətlər Qrupunun prezidenti Lokman Biter “Neftçala” Futbol Komandasının təmsilçiləri ilə görüşüb və Region Liqası oyunlarında komandanın yanında olacaqlarını bildirib.








SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top