Putin onu KQB-yə gətirən filmdən danışdı

DÜNYA 23 mart 2025, 16:19
Rusiya lideri müsahibəsində hələ məktəbi bitirməmiş kəşfiyyata getmək istədiyini etiraf edib. Putin bunun “Qalxan və Qılınc” filmi sayəsində baş verdiyini bildirib.

Onun sözlərinə görə, gəncliyində bu, Marsa uçuş kimi əlçatmaz bir şey kimi görünürdü. Putin həm də dənizçi, pilot olmaq istəyib və Leninqradda Mülki Aviasiya Akademiyasına daxil olmağı planlaşdırıb:

“Ancaq sonra “Qalxan və Qılınc” kimi kitablar və filmlər öz işini gördü”, – Putin vurğulayıb. Prezident qeyd edib ki, o, bir nəfərin minlərlə insanın taleyini necə həll etdiyinə heyran olub.

1975-ci ildə Vladimir Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib və Dövlət Təhlükəsizlik Komitəsində işə təyin olunub. Qeyd edək ki, “Qalxan və qılınc” filmi 1967-ci ildə rejissor Vladimir Basov tərəfindən Vadim Kojevnikovun eyniadlı romanı əsasında çəkilib. (publika)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top