Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanması ilə bağlı ilk açıqlamasında müxalifəti hadisəni siyasiləşdirməkdə və öz problemlərini ört-basdır etməkdə ittiham edib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyə liderinin sözlərinə görə, İmamoğlu ətrafında baş verənlərə görə CHP liderlərinin çoxu indi timsah göz yaşları axıdır, lakin bağlı qapılar arxasında sevincdən yerində dayana bilmirlər:
“Müxalifətin daxili ziddiyyətlərini və ya qanunla bağlı problemlərini ölkənin ən mühüm problemi kimi təqdim etmək cəhdləri ikiüzlülüyün zirvəsidir. O, məsələni siyasiləşdirməyə çalışır. Müxalifət bilir ki, bu məlumatların və sənədlərin çoxu (İmamoğlu işi ilə bağlı) öz funksionerləri tərəfindən ədliyyə orqanlarına ötürülüb. Cümhuriyyət Xalq Partiyasının problemləri bizim və ya xalqın deyil, öz qərargahındakı bir ovuc iddialı adamın problemləridir. Bizim partiya və ya ittifaq olaraq bu müxalifət şoularına vaxtımız yoxdur.
Müxalifət hakimlərin diplomları, korrupsiya və oğurluqları ilə bağlı irəli sürdüyü ittihamlara cavab vermir. Bunun əvəzinə milləti aldatmağın asan yolunu seçirlər. Ədalət və İnkişaf partiyamız ölkənin real problemlərinin həlli ilə məşğuldur. Ölkəmiz bizdən ölkənin və onun övladlarının gələcəyi üçün konkret addımlar atmağı, mühüm nəticələr əldə etməyi, uzunmüddətli layihələr yaratmağı gözləyir”.