İmamoğlunun diplomu buna görə ləğv edilibmiş

REGİON 20 mart 2025, 08:58

İstanbul Universitetinin içərisində İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun da olduğu 28 nəfərin diplomlarını ləğv etməsinin səbəbləri məlum olub.

“Qafqazinfo” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. 

Universitetin hazırladığı hesabata görə, qərara səbəb keçid edən şəxslərin orta balının 2.40-dan yuxarı olmaması, akademik göstəricilərində “FF” ( dərslərdə uğursuzluq göstəricisi) hərflərinə sahib olması göstərilib.

Bundan başqa sözügedən tələbələrin oxuduğu universitetlərin İstanbul Universitetinin reyestr siyahısına daxil edilməməsi də məlum olub.

İmamoğluna gəlincə, elə onun təhsil aldığı Girne Amerika Universitetin İstanbul Universitetinin reyestr siyahısında olmayıb. 

Həmçinin onun İstanbul Universitetinə kvota xaricində keçdiyi və təhsil aldığı Girne Amerika Universiteti əvəzinə Doğu Akdeniz Universitetindən gəldiyinin qeyd etdiyi üzə çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 mart 2025, 19:40
Top