"Qrip peyvəndi ən azı qripə qarşı davamlılığı artırır. Birmənalı olaraq 100% qripdən qorumasa da, qripin ağır keçməsinin qarşısını alır, immunitet sistemini hazır vəziyyətə gətirir. Peyvənd eyni zamanda digər respirator infeksiyalara qarşı da davamlılığı artırır. Vaksinin payız fəslinə təxminən 3-4 həftə qalmış vurulması daha məqsədəuyğundur".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib.
O bildirib ki, vaksin immunitet sistemini 1 il müddətində təmin edir:
"Qrip mutasiya olduğu üçün vaksin mutasiya keçirmiş variantı hədəf ala bilmir, ancaq ümumi qrip virusuna qarşı bədəndə hazırlıq gedir. Bu isə qripin çox yüngül keçməsinə səbəb olur. Qrip vaksinin heç bir əks göstərişi yoxdur. Yalnız çox güclü allergiyası olan xəstələrə qrip vaksini vurarkən ehtiyatlı olmaq lazımdır. Yerdə qalan hallarda, hətta hamilə qadınlara və uşaqlara da qrip vaksini sərbəst şəkildə vurula bilər".
Əfsanə Kamal
Demokrat.az