Azərbaycan Ordusu 30 il boyunca qurulmuş və güclü texnika ilə təchiz edilmiş erməni müdafiə xətlərini qısa müddətdə darmadağın etdi. Bu, təkcə hərbi texnologiya ilə bağlı deyil, həm də düzgün strategiya və hazırlıqla bağlıdır. Azərbaycanın bu uğur modeli gələcəkdə digər ölkələr üçün nümunə ola bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, 30 il ərzində Ermənistan torpaqlarımızı işğal edərək özününküləşdirməyə çalışdı:

“Düşmən bir neçə müdafiə xətti yaradaraq o ərazilərdə alınmaz qala qurduğunu düşünürdü. Hətta yenidən müharibə edəcəkləri və Bakıya tanklarla gələrək çay içəcəkləri ilə bağlı revanşist fikirlərlə bizi hədələyirdilər. Amma Prezident İlham Əliyevin uğurlu siyasəti ölkəmizin iqtisadiyyatını və ordusunu gücləndirdi. Orduya müasir texnologiyalı silahlar alındı. Xalqımızda milli həmrəylik və birlik ruhu gücləndirildi. I Qarabağ müharibəsindən sonra dünyaya gəlmiş gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə olundu. Beynəlxalq ictimaiyyətə ölkəmizin haqq səsi qəbul etdirildi. Nəhayət, ermənilərin 30 il ərzində qurduqları və alınmaz hesab etdikləri qalaları şanlı ordumuz cəmi 44 gün ərzində azad edərək Zəfərə imza atdı. Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz 24 saatdan az bir müddətdə torpaqlarımızda erməni separatçılarının yuvasını dağıtdı, kökünü kəsdi”.
Millət vəkili onu da əlavə edib ki, tankla gəlib Bakıda çay içməyi arzulayanların arzularını biz həyata keçirdik:
“Onların tanklarını gətirib Azadlıq Meydanında Qələbə paradında nümayiş etdirdik və Qənimətlər parkında yerləşdirdik. Özlərini isə Bakıya gətirdik və indi istintaq təcridxanasında çay içirlər.
Təbii ki, qələbəmizin qazanılmasında müasir silahlar və hərbi texnikalar mühüm rol oynayıb. Amma bizə qələbəni qazandıran Azərbaycan əsgəridir. Ali Baş Komandanın döyüş tapşırıqlarını hər şeydən uca tutaraq öz canını Vətən yolunda verməyə hazır olan gənc nəsil sayəsində qələbəyə imza atdıq və ərazilərimizin suverenliyi təmin olundu.
Zəfərimizin əsas müəllifi isə Prezident İlham Əliyevdir. Məhz dövlət başçımızın uzaqgörən liderliyi ilə biz qələbəni qazandıq. Biz dünyada baş verən prosesləri görürük. Azərbaycan son 80 ildə dünya tarixində öz gücü ilə pozulmuş hüquqlarını bərpa edən və ərazilərinin suverenliyini təmin edən ilk ölkədir. Lideri olmayan ölkələr ərazilərini və dövlətlərini itirirlər.
Xalqımız xoşbəxtdir ki, nəyi, nə zaman və necə etmək lazım olduğunu yaxşı bilən Prezident İlham Əliyev kimi Liderimiz var”.
Leyla Turan
Demokrat.az