Ekspert: “Nəqliyyat vasitələrinin hərəkəti gərginləşib”

GÜNDƏM 19 mart 2025, 14:14
Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospektlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti uzanıb və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bəs problemin həll yolu nədir?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.

O bildirib ki, Ramazan ayının başlaması ilə şəhərdə tıxaclar daha da artıb:

“Burada əsas məsələ iftar vaxtı ilə işdən çıxış saatının üst-üstə düşməsidir. Buna görə də şəhərdə sıxlıq yaranır. Hazırda nəqliyyat vasitələrinin hərəkəti daha da gərginləşib. Martın 18-nə qədər bu sıxlığın davam edəcəyini gözləyirik. Daha sonra isə uzunmüddətli tətil başlayacaq və sıxlıq azalacaq.

Problemin həlli isə əsasən insanların anlayışlı davranmasından asılıdır. Bu məsələdə aidiyyəti qurumların da rolu vacibdir. Avtobuslar daha az intervalla hərəkət etsə, bu da sərnişinlərin narazılığını azalda bilər. Ümumilikdə isə sıxlığın azaldılması üçün həm sürücülər, həm də sərnişinlər daha səbirli və anlayışlı olmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top