İsrail Müdafiə Qüvvələrinin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı artır. Bu hücumlar təkcə hərbi qarşıdurma deyil, həm də Yaxın Şərqdə davam edən siyasi və humanitar böhranın bir hissəsi kimi qiymətləndirilir. İsrail hücumları “terror təhlükəsinə cavab” kimi təqdim etsə də, mülki itkilərin artması beynəlxalq narahatlıq doğurur. Qəzzadakı humanitar vəziyyət getdikcə pisləşir, aclıq və infrastrukturun dağılması daha da dərinləşir. Mövcud eskalasiya yalnız İsrail-Fələstin münasibətlərinə deyil, həm də regional və qlobal siyasi dinamikaya təsir edərək genişmiqyaslı qarşıdurmalara yol aça bilər.
Donald Trampın Yaxın Şərq siyasəti və İsrailə verdiyi dəstək hazırkı eskalasiyaya necə təsir edib?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İsrailin Qəzzaya yenidən hava zərbələri endirməsi böyük humanitar fəlakətə səbəb olub:
“Təkcə bir gün ərzində 200-dən artıq insan bu aviazərbələr nəticəsində ya həyatını, ya da sağlamlığını itirib. Bütün bunlar onu deməyə əsas verir ki, müharibə sanki yeni bir mərhələyə qədəm qoyub və bu prosesin daha da genişlənməsi ehtimalı var. Donald Tramp administrasiyası, əlbəttə ki, İsrailə hərtərəfli dəstəyini ifadə edir. Bu dəstək Co Bayden dövründən heç nə ilə fərqlənmir, hətta hesab edirəm ki, qarşıdakı dönəmdə daha da genişlənə bilər. Əslində, Donald Tramp birinci prezidentlik dövründə də İsrailə rəğbəti və bu ölkə ilə müttəfiqlik münasibətlərinin inkişafına marağı ilə seçilirdi”.
Politoloq onu da əlavə edib ki, Trampın siyasəti Ərəb dövlətləri arasında İsrailə qarşı həmrəyliyi daha da gücləndirə və Əbraham razılaşmalarını təhlükə altına qoya bilər:
“Hesab edirəm ki, Trampın siyasi missiyası və baxışları hazırda Trampın sülhpərvər davranışları, vizyonu və Rusiya-Ukrayna müharibəsini nizamlamaq istiqamətində səyləri ilə Yaxın Şərq siyasəti arasında uyğunsuzluq daha da dərinləşə bilər və bu, Vaşinqton üçün bir sıra beynəlxalq münasibətlər sistemində çətinliklər yarada bilər. Amma bu çətinliklər daha da dağıdıcı bir sıra regionlarda problemlərin artmasına səbəb ola bilər. O cümlədən də Cənubi Qafqaza təsirləri yarana bilər, çünki Ermənistan silahlanır və Ermənistanın silahlanması bölgədə eskalasiya risklərini gücləndirir”.
Leyla Turan
Demokrat.az