İsveçrədə 30 mindən çox ukraynalı qaçqın statusunu itirib

DÜNYA 17 mart 2025, 19:05
İsveçrədə 31 minə yaxın ukraynalı qaçqın statusunu itirib.

Demokrat.az xəbər verir ki, bu barədə İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyi  məlumat yayıb.

Qaçqın statusu özünəməşğulluq, sığorta, uşaqlar üçün məktəb təhsili, ölkə daxilində və hüdudlarından kənarda sərbəst hərəkət etmək və ailə ilə birləşmək imkanı daxil olmaqla işləmək hüququnu təmin edir.

Məlumatda deyilir ki, bu gün 30 918 nəfər qaçqın statusunu itirib.

2025-ci ildə qeydiyyat proseduru 15-20 gündən 80 günə qaldırılıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top