ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var

DÜNYA 15 mart 2025, 23:51
ABŞ-nin Orta Qərbi ştatlarında və cənubunda fırtınalar və tornadolar nəticəsində azı 16 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində Missuri ştatında 10, Arkanzasda 3, Texasda daha 3 nəfər həlak olub.

Bundan əlavə, Arkanzasın səkkiz əyalətində 29 nəfər xəsarət alıb və Missuridə isə 316 min insan elektrik enerjisiz qalıb.

Məlumata görə, ABŞ-nin digər ştatlarında da tornado xəbərdarlığı edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 mart 2025, 15:39
Top