Son dövrlər ABŞ və Böyük Britaniya arasında siyasi baxış fərqləri daha da nəzərəçarpan olub. Bu ziddiyyətlər xüsusilə Ukrayna müharibəsinə yanaşmada özünü göstərir. Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin Ukrayna siyasətində sərt şərtlər irəli sürməsi Kiyev ilə Qərb arasında yeni çətinliklər yaradıb. Digər tərəfdən, Böyük Britaniya ABŞ-dən asılı olmayan siyasi və təhlükəsizlik strategiyaları üzərində işləyir, hətta Vaşinqtonun iştirakı olmadan “Dörd göz” adlı yeni kəşfiyyat alyansı yaratmağı təklif edib.
Britaniyanın ABŞ-dən müstəqil şəkildə “Dörd göz” alyansını yaratmaq təşəbbüsü Vaşinqton-London münasibətlərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ və Böyük Britaniya hər nə qədər olduqca yaxın müttəfiq olsalar da, zaman-zaman fərqli mövqelərdən çıxış ediblər ki, bu da münasibətlərdə keçici də olsa, müəyyən gərginliyə səbəb olub:
“Trampın birinci hakimiyyət dövründə də ABŞ-nin Böyük Britaniya ilə bir sıra məsələlərdə fərqli mövqe sərgilədiyini görmüşük. İndi isə Rusiya-Ukrayna müharibəsi fonunda tərəflərin baxışlarında ciddi fərqlər özünü büruzə verməyə başlayıb. ABŞ-nin Ukraynanı faktiki olaraq təzyiq altında Rusiyanın şərtləri ilə müharibəni dayandırmağa məcbur etməsi, təbii sərvətlərə və mineral ehtiyatlara çıxış imkanı tələb etməsi təkcə ABŞ ilə Böyük Britaniya arasında deyil, ümumilikdə Avropa ilə ABŞ arasında uçurum yaradıb. Rusiyanın Ukraynaya təcavüzü fonunda rəsmi Kiyevin ABŞ-dən sonra ən böyük dəstəkçisi qismində çıxış edən Böyük Britaniya, indi ABŞ-nin geri çəkilməsi ilə daha ağır yük götürmək məcburiyyəti qarşısında qalıb. Böyük Britaniya da müharibənin dayandırılmalı olduğunu qəbul edir, ancaq bunun indiki kimi Rusiyanın şərtləri altında deyil, Ukrayna üçün məqbul şərtlər çərçivəsində baş verməsini istəyir. Bunun üçün də Londona görə, Ukraynanın danışıqlar masasında əlini gücləndirmək üçün ona dəstəyin davam etdirilməsi vacibdir”.
Politoloq onu da qetd edib ki, ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırması və ümumilikdə dəstəyi azaltması ilə bağlı qərarından sonra Böyük Britaniya “Dörd göz” alyansının yaradılması təşəbbüsü ilə çıxış edib:
“ Bu, mövcud “Beş göz” alyansının yerinə ABŞ-nin iştirak etmədiyi yeni bir format kimi nəzərdə tutulur. Böyük Britaniyanın bu təşəbbüsü yalnız Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini deyil, həm də Avropanın gələcək təhlükəsizliyini təmin etməyi hədəfləyir və bu baxımdan başadüşüləndir. İndi Ukrayna-ABŞ danışıqlarının nəticəsi olaraq kəşfiyyat məlumatlarının ötürülməsi və Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı qərarın qəbulu “Dörd göz” alyansının yaradılmasını bir qədər arxa plana salsa da, həm Böyük Britaniya, həm də Avropa İttifaqı ABŞ-ın etibarlı təhlükəsizlik tərəfdaşı olmadığını gördü. Odur ki, yaxın gələcəkdə “Dörd göz” alyansının formalaşması və ümumilikdə Avropanın təhlükəsizliyi üçün yeni təsisatların yaranması istiqamətində fəaliyyətin güclənəcəyini müşahidə edəcəyik”.
Leyla Turan
Demokrat.az