Ermənistanda Rusiya ordusunun hərəkəti qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya hərbi texnikasının ölkə daxilində irəlilədiyi görünür.
Ermənistan ərazisində Rusiya qoşunlarının hərəkəti nə ilə bağlıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bu gün Ermənistanın geopolitik təlatümlər içində olması, bu ölkədə təmsil olunan xarici dövlətlərin atdığı addımlara da təsir edir:
“Rusiya nümayəndələri açıq şəkildə hərbi qüvvələrini mülki insanlar arasında nümayiş etdirir və xüsusilə Kümrü şəhərindən yayılan bu görüntülər Rusiyanın Ermənistana mesajı kimi dəyərləndirilə bilər.Bütün etirazlara baxmayaraq, Avropa İttifaqının “mülki müşahidə missiyası” adı altında fəaliyyət göstərən qərb kəşfiyyat şəbəkələrinin və təxribat maşınının Ermənistan ərazisində mövcudluğu Moskvanı ciddi şəkildə narahat edir. Buna cavab olaraq Rusiya bu tip addımlar ataraq, hərbi texnikasının və əsgərlərinin hərəkəti fonunda Ermənistanın siyasi və hərbi rəhbərliyinə açıq mesaj verməyə çalışır”.
Politoloq onu da vurğulayıb ki,Ermənistandakı Rusiya qoşunlarının manevrlərini Moskvanın İrəvana verdiyi mesaj kimi qiymətləndirmək olar:
“Hər bir halda bu hadisələr Ermənistanın çətin və ağır geopolitik vəziyyətdə olduğunu açıq şəkildə göstərir.
Ermənistan siyasi hakimiyyətinin nə qərbyönlü, nə də Rusiyayönlü xətti tam şəkildə tuta bilməməsi, həmçinin regional və beynəlxalq münasibətlərdə obyektivlikdən uzaq addımlar atması vəziyyəti daha da gərginləşdirir. Bundan əlavə, Fransanın dayanmadan Ermənistana silah göndərməsi də Rusiyanın narahatlığına səbəb olan məqamlardan biridir. Bununla belə, Rusiya hakimiyyəti praktik olaraq Ermənistana daha güclü təzyiq etmək imkanlarına malik olsa da, hələlik bunu tam şəkildə həyata keçirə bilmir. Bu səbəbdən də Rusiya-Ermənistan münasibətlərindəki gərginlik getdikcə dərinləşir”.
Leyla Turan
Demokrat.az