Məşhur alman məşqçi Mahiri təriflədi

İDMAN 08 mart 2025, 13:20
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında danışıb.

Demokrat.az
xəbər verir ki, o, Ramazan ayında oruc tutan 27 yaşlı hücumçunun çalışdığını bildirib: 

“Mahirlə çox gözəl söhbətlərimiz oldu. Çünki mənim özümün də orucluq müddətdə içməyən, yeməyən çoxlu komanda yoldaşlarım var idi. Məşqçi kimi belə məsələlərdə çox diqqətli olmalıyam. Amma bəli, o çalışır və mən bunu gizlətmirəm. Mahir oruc tutmağa çox ciddi riayət edir. Yalnız oyun günlərində oruc tutmur. Lakin sonra bu günlərin əvəzinə oruc tutacaq”.

Qeyd edək ki, ötən ilin yayında "Nürnberq"ə keçən Mahir Emreli bu  müddət ərzində 16 matça çıxıb. 4 qol vurub və 1 qolun ötürməsini verib. O, son vaxtlar komandanın əsas heyətinə düşməkdə çətinlik çəkir. (qol.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top