Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya üçün hazırladığı geyimlərlə tanınan azərbaycanlı dizaner Elvira Həsənova erməni şou ulduz Kim Kardaşyan və onun bacısı üçün də libaslar hazırlayıb.
Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, illər öncə Kardaşyan bacılarından biri – Kortni Kardaşyan Ukraynada çalışan Həsənovanın son kolleksiyasından olan seksual geyimi ilə poz verib.
Kardaşyan həmin fotoları sosial şəbəkədə paylaşıb. Onunla yanaşı, fotolarda bacısı - Xloya Kardaşyan və Kendal Cener də poz verib.
Bu gözəlçələrinin instaqramda üçünün birgə 250 milyonluq izləyicisi var.
Qeyd edək ki, Elvira Həsənova Kortni Kardaşyanın onun hazırladığı geyimdə görünməsini bütün komandasının əməyi və ABŞ-a uğurlu səfərinin nəticəsi olduğunu deyib. "Gələcəkdə daha çox şeylər olacaq" deyə dizayner vurğulayıb.
Xatırladaq ki, azərbaycanlı dizayner Elvira Həsənova 2013-cü ildə “Gasanova” brendinin təsis edib. Onun geyimlərinin ən böyük pərəstişkarlarından biri Ukraynanın birinci xanımı Yelena Zelenskayadır.
Eyni zamanda Həsənova Paris Hilton, Cici Hadid və Bibi Rekca kimi məşhurlar üçün də geyimlər hazırlayıb.
Dizayner xanım Ukrayna Moda Həftəsinin daimi iştirakçısıdır və ildə iki mövsümi kolleksiya hazırlayır. Brend dünya üzrə 12 mağazada təmsil olunur və özünün 4 françayzinqinə malikdir.