Xəyanət edənlər boşananda TƏZMİNAT ÖDƏYƏCƏK?

SOSİAL 07 mart 2025, 09:18
Azərbaycan Respublikasının qanunvericiliyi boşanma və digər ailə məsələlərinə yanaşma baxımından bəzi xarici ölkələrin təcrübəsindən fərqlənir. Son illər sosial məsələlər üzrə aparılan təhlillər, artan boşanma halları arasında əsas səbəb kimi xəyanət ön plana çəkilir.

Bir çox cütlük, əlaqələrində qarşılıqlı etimadın pozulması və xəyanət nəticəsində münasibətlərini bitirmək qərarına gəlir. Bəzi xarici ölkələrdə, xüsusilə Avropa və ABŞ kimi inkişaf etmiş bəzi dövlətlərdə, xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür. Belə ölkələrdə xəyanət, tərəflər arasında etimadın pozulması və psixoloji zərərin yaranması kimi əsas səbəblərdən biri olaraq qəbul edilir və müvafiq hüquqi müstəvidə təzminat ödənilməsi tələb oluna bilər. Bu ölkələrdə, xəyanət yalnız boşanma səbəbi olmaqla qalmır, həm də mənəvi zərərin qarşılanması məsələsini gündəmə gətirir. Lakin Azərbaycan qanunvericiliyində bu məsələ fərqlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, boşanma hallarında, tərəflərin arasında yaranan münasibətlərin pozulmasında xəyanət kimi amillər hüquqi baxımdan nəzərə alınmır. Xəyanət, hüquqi müstəvidə boşanma səbəbi olsa da, bunun əsasında mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmək mümkün deyil. Məhkəmələr, boşanma proseslərində tərəflərin davranışlarını yalnız hüquqi aspektdən qiymətləndirir və şəxsi münasibətlərindəki xəyanətə görə hansısa təzminat ödənilməsi məsələsinə baxmır.

Bəs bu təcrübə ümumiyyətlə ölkəmizdə tətbiq edilə bilər?

Mövzu ilə bağlı Bizim.Media- ya danışan hüquqşünas Anar Qasımlı bildirib ki, qanunvericilikdə boşanmalar ilə bağlı boşluqlar var.

“Məsələn qardaş ölkə Türkiyəyə nəzər saldıqda görürük ki, bu proses necə çətin həyata keçir. Boşanma üçün əsaslı səbəblər, dəlillər, sənədlər təqdim edilməlidir.

Bizdə isə şəxsin boşanmasının həyata keçməsi üçün  sadəcə "boşanmaq istəyirəm" sözü kifayət edir.  Düşünürəm ki, qanunvericilikdə ailə institunun qorunmasına görə müxtəlif ölkələrin təcrübələrini tətbiq etmək lazımdır. Dərin təhlillər, müvafiq dəyişikliklər aparılmaqla müəyyən praktika formalaşdırmaq mümkündür",- deyə o fikrini yekunlaşdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 mart 2025, 08:30
Top