Zelenski Zalujnıya yeni vəzifə verdi

DÜNYA 04 mart 2025, 08:55
Prezident Volodimir Zelenski Valeri Zalujnını Ukraynanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi təyin edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı fərman Ukrayna Prezidentinin saytında yerləşdirilib.

Beynəlxalq Dəniz Təşkilatı 1948-ci ildə yaradılıb və dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyır.

Xatırladaq ki, Zalujnı 2021-2024-cü illərdə Ukrayna Ordusunun baş komandanı postunu tutub. O, ötən ilin martında Böyük Britaniyaya səfir təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top