Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Demokrat.az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli və 16 dekabr tarixli 98-VIIQD nömrəli qanunları) 164.1.19-1-ci maddəsinə "orqan (qurum)" sözlərindən sonra ", Azərbaycan Respublikasının Baş Prokurorluğu" sözləri əlavə edilsin.
Beləliklə, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı Baş Prokurorluq tərəfindən verilmiş təsdiqedici sənəd əsasında ƏDV-dən azad olunur.