"Washington Post": Tramp “Əfqan sindromu” ilə üzləşəcəyindən qorxur

DÜNYA 02 mart 2025, 16:26
Prezident Donald Tramp və Vladimir Zelenski arasındakı məlum mübahisədən sonra ABŞ-nin Ukraynaya hərbi yardımına son qoyması əsl fəlakət olardı.

Demokrat.az Teleqraf-a istinadənxəbər verir ki, bu barədə “The Washington Post” qəzetinə adı açıqlanmayan qərbli diplomat bildirib.

Nəşrin həmsöhbəti qeyd edib ki, indi Oval kabinetdə Ukrayna üzrə uğursuz danışıqlardan sonra hər şey avropalılardan və onların müttəfiqlərindən asılıdır.

“Buna görə də mən, həqiqətən də, ümid edirəm ki, onlar Avropada ayılacaqlar” - diplomat əlavə edib və gələn həftə Avropa ölkələrinin Ukraynanın hərbi sənayesinə dəstəyi müzakirə edəcəklərini xatırladıb.

Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov da "WP" ilə söhbətində Trampın “Əfqan sindromu"ndan qorxduğu üçün ölkəsinə dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib. Nəşrin həmsöhbəti 2021-ci ildə keçmiş Prezident Co Baydenin reputasiyasına ləkə olan Amerika qoşunlarının Əfqanıstandan xaotik şəkildə çıxarılmasını xatırladıb.

Nəşrin bir sıra mənbələri həmçinin Ukraynanın Trampın dövründə çökməsinin Ağ Evin hazırkı rəhbəri üçün də oxşar “qara ləkə” ilə nəticələnəcəyini irəli sürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top