Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlaması zamanı bildirib ki, Səhiyyə Nazirliyinə rəsmi müraciətlər daxil olduğu halda stomatoloji kabinetlərdə yoxlamalar aparılır və qanunsuz fəaliyyət göstərənlər cərimələnir. Bununla yanaşı, nazir ev şəraitində qeyri-qanuni stomatoloji xidmətlər göstərilməsinin qarşısını almağın çətin olduğunu vurğulayıb.
Ev şəraitində icra edilən qeyri-qanuni stomatoloji xidmətlərin aşkarlanması və qarşısının alınması üçün hansı mexanizmlər tətbiq etmək lazımdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Müşfiq Məmmədov bildirib ki, Səhiyyə Nazirliyinin açıqlamasında da qeyd olunduğu kimi, bu, qeyri-qanuni fəaliyyətdir:
“Qeyri-qanuni fəaliyyət olduğuna görə, həm inzibati, həm də cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər. Burada ilk növbədə insanlarımız diqqətli olmalıdırlar, çünki bu cür qeydiyyatda olmayan və tibbi prosedurların nə dərəcədə standartlara uyğun həyata keçirilməsi riskli olan məsələlərdə öz sağlamlıqlarını bu cür yerlərə etibar etməməlidirlər. Burada həm insanın həyati təhlükəsi vardır. Bilirsiniz ki, stomatoloji proseduraların hər birində yerli anestetiklərdən də istifadə olunur. Bu yerli anestetiklərin nəticəsində şok və insan həyatının itirilməsinə qədər gətirib çıxara bilən proseslər ola bilər. Alətlərin dezinfeksiyası, tibbi sterilizasiya qaydalarına nə dərəcədə əməl olunması, bunlar yoluxucu xəstəliklər, hətta HIV infeksiyalarının yoluxmasına qədər gətirib çıxara bilər”.
Millət vəkili onu da qeyd edib ki, bu, infeksiyon xəstəliklərdən başqa, ağız boşluğunda təhlükəli proseslərə gətirib çıxara bilər:
“Bu hallarla biz qarşı-qarşıya qalırıq. Ona görə də burada vətəndaşlarımızın diqqətli olması, bu yerlərdən istifadə etməməklə yanaşı, təbii ki, bu proseslərdə də öz vətəndaş mövqeyini ortaya qoymalıdırlar. Təkcə vətəndaşların maarifləndirilməsi və ya fərdi şəkildə vətəndaşların bu prosesin qarşısının alınması prosesində cəlb olunmasından başqa, dövlət inzibati tədbirləri həyata keçirməlidir. Müvafiq orqanlar, səlahiyyət verilmiş müvafiq icra hakimiyyəti orqanı monitorinqləri artırmalıdır və burada kənara çıxan şəxslərə, qurumlara, kimlər bu prosesdə rol oynayırsa, bu şəxslərə qarşı da ciddi tədbirlər görülməlidir. Çünki dövlətin tənzimləyici və məhdudlaşdırıcı rolu olmadan bu proseslərin qarşısını almaq çətindir.”
Leyla Turan
Demokrat.az