Şahnaz Bəylərqızı həbsdən buraxıldı

SİYASƏT 26 fevral 2025, 13:27
Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

Demokrat.az  APA -ya istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib.

Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb.

Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top