Qarlı havada qəzaya uğrayan avtobusların aqibəti necə olacaq? — AYNA-dan AÇIQLAMA

GÜNDƏM 25 fevral 2025, 21:41
"Sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar daşıyıcılara məxsusdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib. 

"Baş vermiş yol-nəqliyyat hadisəsi qeydiyyata alınmalı və hadisə araşdırılaraq hüquqi qiymət verilməlidir. Araşdırmanın nəticəsi olaraq hadisə sığorta hadisəsi olaraq qiymətləndirilərsə, avtobusa dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən ödənilir".

Qeyd edək ki, qarlı hava şəraiti ilə bağlı olaraq 40-dan çox avtobus qəzaya uğrayıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top