"Fundamental məsələlərdə Azərbaycan və Pakistan ortaq mövqedən çıxış edirlər" — Millət vəkili

GÜNDƏM 25 fevral 2025, 18:07
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü olub.

Bununla bağlı millət vəkili Elman Nəsirov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda səfərdə olub:

“Səfər çərçivəsində onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşü baş tutdu. Görüşdə eyni zamanda ikitərəfli  münasibətlərin hüquqi-normativ bazasının daha da genişləndirməsinə xidmət edən bir sıra mühüm sənədlər imzalandı. Eyni zamanda hər iki dövlətin rəhbəri mətbuat üçün bəyanatlarla çıxış etdilər. İktirərəfli münasibətlərimiz bütün parametrlərə görə dinamik inkişaf tempinə malikdir. İki ölkə arasında iqtisadi əlaqlərimiz inkişaf edir. Onun daha da genişləndirməsinin böyük potensialı var. Eyni zamanda fundamental məsələlərdə Azərbaycan və Pakistan ortaq mövqedən çıxış edirlər”.

Deputat əlavə edib ki, strateji tərəfdaş olaraq bunu dəfələrlə sübut ediblər:

“Təsadüfi deyildi ki, Ermənistan-Azərbaycan müharibəsi dövründə, yəni İkinci Qarabağ savaşı zamanı da ondan əvvəl də ondan sonra da Pakistan Azərbaycanın mövqeyini müdafiə edib. Azərbaycana görə Pakistanın Ermənistan ilə heç bir diplomatik əlaqələri, münasibətləri yoxdur.Bu da dostluğun, qardaşlığın ən yüksək zirvəsidir. Pakistan müasir beynəlxalq münasibətləri sistemində xüsusi çəkiyə malik olan dövlətdir. Biz qürur hissi keçiririk ki, qardaş Türkiyə dövləti və qardaş Pakistan dövləti bu iki güclü dövlət Azərbaycanın yanındadır və bizim haqq işimizi birmənalı şəkildə müdafiə edirlər. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  arasında imzalanmış sənədlər içərisində ilk növbədə enerji təhlükəsizliyi məsələsi var ki, bu da xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycan bu günləri Avropanın enerji təhlükəsizliyi sahəsində çox mühüm aktora çevirilib. Eyni zamanda Pakistan iqtisadiyyatı da sürətlə inkişaf edir. Azərbaycanla Pakistan arasında enerji məsələləri sahəsində əməkdaşlığın genişləndirilməsi  heç şübhəsiz ki, hər iki dövlətin strateji maraqlarına xidmət edir. Bu səfər onu göstərir ki, ikitərəfli münasibətlərimizin bundan sonra da geniş prespektivləri var. Hər iki dövlət maraqlıdır ki, münasibətlərimiz daha da genişlənsin, yeni inkişaf mərhələsinə çatsın”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top